Fəaliyyət

Heydər Əliyev Fondu “Frederik Şopen ili” layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir.Növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgələrinə səfərini nəzərdə tutur.Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış edəcəkdir...

Aprelin 20-də Şəmkirdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun idarə və müəssisələrinin nümayəndələri qoşulmuşlar. Tibbi prosedurları Mərkəzi Rayon Xəstəxanası əməkdaşları və Respublika Qan Bankının həkim briqadası aparmışlar...

Salyanda mənzil problemi olan 150 ailə üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə fərdi ev tikintisinə başlanmışdır. Yeni yaşayış sahəsi şəhərin Plastik adlanan məhəlləsində salınır. Artıq 10-dan çox evin bünövrəsi qoyulmuşdur. Hər birinin yaşayış sahəsi 300-600 kvadratmetr olacaq yeni mənzillərin bir hissəsi sakinlərin ixtiyarına bu il veriləcəkdir...

Gobus_Cover.jpg

Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan “Qabusnamə” kitabını rus dilində nəşr etmişdir.Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış “Qabusnamə” orta əsrlərdə hökmdarların...

Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da Ağsuya səfəri zamanı təməlini qoyduğu uşaq-gənclər bədii yaradıcılıq məktəbi üçün yeni binanın tikintisi sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bina şəhərin şimal-qərbində, Muğanlı-Yevlax magistral yolunun kənarındadır. Bu məqsədlə 0,56 hektar torpaq sahəsi ayrılmışdır...