Elm və təhsil

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Beyləqan rayonunun Mil qəsəbəsində 240 yerlik orta məktəb binası istifadəyə verilmişdir. Açılış mərasimində çıxış edənlər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Qax rayonunun Turaclı kəndində 200 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Dekabrın 27-də Turaclı kəndində keçirilən təntənəli mərasimdə rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev yeni məktəbin istifadəyə verilməsini rayonun elm və mədəni həyatında çox əlamətdar hadisə kimi ...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad rayonunun Axtaçı Muğan kəndində 310 yerlik yeni məktəb binası inşa edilmişdir. Açılış mərasimində çıxış edənlər ölkəmizdə gənc nəslə və təhsilə göstərilən dövlət qayğısından danışmış, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, yeni təhsil ocağının ...

001.jpg

Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bu münasibətlə noyabrın 24-də uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı, qızları Leyla və Arzunu uşaqlar böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar...

Ağstafa rayonunun Saloğlu kəndində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayev, valideynlər, təhsil işçiləri, məktəblilər çıxış edərək göstərilən qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti ...