Beynəlxalq mətbuat

2015-03-21 17-52-55 Скриншот экрана.png

“Euronews” telekanalında Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı barədə süjet yayımlanıb. Süjetdə Festivalın ənənəvi olaraq Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə iki ildən bir Azərbaycanın paytaxtı Bakıda keçirildiyi bildirilir. Süjetdə qeyd edilir ki, Festival çərçivəsində...

“Bakı-2015” birinci Avropa Oyunlarının cümə axşamı Davosda keçirilmiş təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışını bu sözlərlə bitirib. Bu qəbildən olan başqa nüfuzlu görüşlərdə olduğu kimi, Davos forumunda da bir sıra mühüm hadisələr sonradan translyasiya edilmək üçün yazılan “dəyirmi masa”larda deyil, xudmani məclislərdə baş verir...

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilmiş “Biz hamımız uşaqlıq ölkəsindənik” (“Все мы родом из детства”) adlı sənədli film nümayiş olunub. Filmdə Mehriban Əliyevanın çəkildiyi “Danışan məktub” filmindən kadrlar göstərilir, həmin filmdə əsas rollardan...

Türkiyənin ATV kanalında “Bakı 2015” birinci Avropa Oyunlarının İstanbulda keçirilmiş təqdimatı ilə bağlı reportaj yayımlanıb. Jurnalist Kamuran Abacıoğlu reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının gözəlliyindən danışır, Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını bildirir. Reportajda Azərbaycanın birinci xanımı...

14174265073259562218_750x500.jpg

Pakistanın “Tribute International” jurnalının noyabr nömrəsində Azərbaycanla bağlı məqalələr dərc edilib. Jurnalın üz qabığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəkilləri əks olunub. Nəşrdə Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələr...