Nəşrlər

Heydər Əliyev Fondu Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş “Arif Babayev 70” musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəfis tərtibatda nəşr edilmiş kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd kompakt diski daxildir.Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin bahar bayramı şənliyində ədəbiyyat və incəsənət xadimləri ilə söhbəti zamanı...

Fevralın 13-də Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə ölkəmizin Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən ingilis dilində nəşr olunmuş “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə YUNESKO-nun İcra Şurasının sədri, katibliyin nümayəndələri, Çin, Argentina, Türkiyə, Rumıniya ...

Londonda ingilis dilində Qarabağ həqiqətlərindən bəhs edən kitab nəşr olunmuşdur. Kitab Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fndunun dəstəyi ilə işıq üzü görmüşdür. Bu münasibətlə səfirlikdə təşkil edilmiş tədbirdə Londonda akkreditə olunmuş səfirliklərin, Britaniya beynəlxalq tədqiqat mərkəzlərinin, yerli türk və Azərbaycan icmalarının, Britaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və xarici ...

HEYDAR ALIYEV-KITAB-XATIRA-TAQDIMAT .jpg

Moskvada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə “İnterfaks” informasiya agentliyi tərəfindən nəşr edilmiş “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF...

Heydər Əliyev Fondu “Qarabağ haqqında həqiqətlər” seriyasından “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) kitabını hazırlamışdır.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Fondunun birgə hazırladığı kitab işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə...