“Azərbaycan” İnternet portalı

  • Layihə
  • Foto


Azərbaycan həqiqətlərinin İnternet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə 2005-ci ildə Fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş İnternet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan “Azərbaycan” İnternet portalı yaradılıb. Portal “Xəbərlər”, “Ümumi məlumat”, “Təbiət”, “Tarix”, “İqtisadiyyat”, “Mədəniyyət”, “Cəmiyyət”, “Dövlət hakimiyyəti”, “Azərbaycan beynəlxalq aləmdə”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “İnzibati-ərazi vahidləri” və “Xəritələr” bölmələrindən ibarətdir.


Hər bölmədə mövzuya uyğun əhatəli elmi məlumatlarla yanaşı, çoxsaylı fotoşəkillərin, sənədlərin toplanması materialların dəyərini və təsir gücünü daha da artırır.


Portal Azərbaycan, ingilis və rus dillərində tərtib olunub. “Azərbaycan” portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir.



portal.jpg