sabunchu--icra-amakdashlar--fond--ziyarat-.jpg
7 may 2013

Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları mayın 7-də Heydər Əliyev Fondunu ziyarət ediblər.


Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


İcra hakimiyyətinin əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.


Sonda qonaqlar Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.