01_ЕКАТЕРИНБУРГ-ВЫСТАВКА-НЕЗАВИСИМОСТЬ.jpg
21 oktyabr 2015

Azərbaycan ekspozisiyası Yekaterinburq Kitabxana Mərkəzində uğurla fəaliyyət göstərir

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyilə Yekaterinburq Kitabxana Mərkəzində Azərbaycan Respublikasının daimi ekspozisiyasının açılmasının 2 ili oktyabr ayında tamam olur.

 

Bu münasibətlə və Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar ölkəmizin baş konsulluğu bayram tədbiri təşkil edib. Yekaterinburqda fəaliyyət göstərən diplomatik missiyaların və mədəniyyət müəssisələrinin nümayəndələri Azərbaycan ekspozisiyasının qarşısında toplanıblar. Elə həmin gün kitabxanada azərbaycanlı rəssam, Ural Dövlət Memarlıq-Rəssamlıq Akademiyasının rəsm kafedrasının professoru, Rusiya Rəssamlar İttifaqının üzvü Mirzə Məmmədovun və onun oğlu – memar və dizayner, beynəlxalq müsabiqələr laureatı Əkbər Məmmədovun sərgisi açılıb.

 

Sərgi noyabrın 20-dək davam edəcək.

 

Mirzə Məmmədovun rəsm seriyası müxtəlif illərdə yaratdığı əsərlərdən ibarətdir. Sakit sevinc əhval-ruhiyyəsinin və təbiətə vurğunluğun birləşdiyi bu əsərlər rəssamın həyata fəlsəfi baxışlarını əks etdirir. Əkbər Məmmədovun əsərləri məkana yeni baxış və müasir texnologiyaların tətbiqi ilə fərqlənir.


FOTO