14559985282317224330_1000x669.jpg
20 fevral 2016

Həştərxandakı Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub

Fevralın 20-də Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə Heydər Əliyev Fondu tərəfindən məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinə və ən yaxşı müəllimlərə mükafatlar təqdim olunub.

 

Tədbirdə Həştərxan Şəhər Administrasiyasının rəhbəri Oleq Polumordvinov, beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Həştərxanın təhsil və elm idarəsinin rəhbəri İnessa Qorina, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, Azərbaycan diasporunun nümayəndələri, şagird və valideynlər iştirak ediblər.

 

İnessa Qorina Həştərxan şəhərinin təhsil sisteminin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnaməni Ədalət Hüseynova təqdim edib.

 

Heydər Əliyev Fondu adından məktəbin şagird və müəllimlərinə mükafatlar, direktor Tatyana Tixomirova və direktor müavini Larisa Boqdyuka hədiyyələr, ÜAK-nin təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə məktəbin müəllimləri Tatyana Klinkova və Svetlana Kirovaya təşəkkürnamələr təqdim olunub.

 

Xatırladaq ki, Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinin və ən yaxşı müəllimlərin Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılması artıq beşinci ildir keçirilir və ənənə halını alıb.


FOTO