Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı

  • Layihə
  • Foto


2014-cü il noyabrın 28-də Parisin “Pöti Pale” sərgi-muzey kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf  Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin və iki kitabının təqdimatı keçirilib.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.


Sərgidə Reza Deqatinin “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında toplanmış fotolar nümayiş olunub.


“Odun cazibəsi” kitabında fotoqrafın 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar nümayiş etdirilir. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda, milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.


“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar yer alıb.



DSC_0417.jpg
DSC_0428.jpg
DSC_0432.jpg
DSC_0435.jpg
DSC_0436.jpg
DSC_0439.jpg
DSC_0440.jpg
DSC_0442.jpg
DSC_0445.jpg
DSC_0459.jpg
DSC_0460.jpg
DSC_0465.jpg
DSC_0502.jpg
DSC_0514.jpg
DSC_0552.jpg
DSC_0565.jpg
DSC_0569.jpg
DSC_0591.jpg
DSC_0599.jpg
DSC_0607.jpg
DSC_0645.jpg
DSC_0650.jpg
DSC_0678.jpg
DSC_0690.jpg
DSC_0742.jpg
DSC_0749.jpg
DSC_0758.jpg
DSC_0759.jpg
DSC_0820.jpg
DSC_0830.jpg
DSC_0850.jpg
DSC_0883.jpg
DSC_0899.jpg