Xaçmaz rayonu Şimali kənd orta məktəbi

  • Layihə
  • Foto


Xaçmaz rayonu Şimali kənd orta məktəbi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib. Əvvəlki məktəb binası 1906-cı ildə balıqçılar üçün taxtadan qurulmuş otaqlardan ibarət idi. 2011-ci ilin iyununda 5600 m² ərazidə yeni məktəb binasının tikintisinə başlanılıb və dekabr ayında məktəb istifadəyə verilib.


Birmərtəbəli məktəbdə kompyuter və həkim otaqları, kitabxana, akt zalı, bufet vardır. Sinif otaqları dizel yanacağı ilə işləyən qazanxana vasitəsilə qızdırılır. Məktəbin həyətində yaradılmış idman meydançasında məktəblilərin fiziki tərbiyəsi üçün hər cür şərait yaradılıb.


120 şagird üçün nəzərdə tutulmuş məktəbdə tədris rus dilində aparılır.



01.JPG