Türkan qəsəbəsində 6 nömrəli respublika xüsusi internat məktəbi

  • Layihə
  • Foto


Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub. 2014-cü il sentyabrın 15-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin açılışında iştirak edib.

 

Məktəbin üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompyuter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, mebel və digər lazımi avadanlıqla təmin olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında şagirdlərin gecələməsi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var.

 

Məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları da tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 

Yenidənqurma işlərindən sonra məktəb kompleksi 4 korpusdan, açıq tipli 3 idman meydançasından və 1 qapalı idman zalından ibarətdir.

 

Məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. Burada şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir.



001.jpg
002.jpg
003.jpg
004.jpg
005.jpg
006.jpg