Türkan qəsəbəsində 214 nömrəli körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Xəzər rayonunun Türkan qəsəbəsində 214 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2013-cü il sentyabrın 25-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bağçasının açılışında iştirak ediblər.

 

Bağçanın ümumi sahəsi təqribən 6000 kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. İkimərtəbəli binada on yataq otağı, musiqi zalı, idman otağı, uşaqların psixoloji hazırlığı məqsədi ilə oyun zalları, yemək otaqları, hovuz var.


Bağça zəruri avadanlıqla təchiz olunub.

 

Bağçanın ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

 

200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək. 



01.gif
002.gif
02.gif
03.gif
03_.gif
03__.gif
04.gif
05.gif
06.gif
07.gif
08.gif
09.gif
010.gif
011.gif
012.gif
013.gif
014.gif
015.gif