Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı

  • Layihə
  • Foto


2015-ci il sentyabrın 18-dən 28-dək Bakıda dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçirilib.

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər iştirak ediblər.

 

Sentyabrın 18-də Heydər Əliyev Sarayında festivalın açılış mərasimi olub. Festival Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan edilib.

 

Gecədə Azərbaycan Dövlət xor kapellası, Opera və Balet Teatrının balet truppası, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının ifasında maraqlı konsert proqramı təqdim olunub.

 

Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib. Festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, “Rusiya saksofon kvarteti”nin, Latviyanın Liyepaya simfonik orkestrinin, Avropa və Aralıq dənizi Musiqi Akademiyası (EMMA) musiqiçilərinin konsert proqramları təqdim olunub. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası, “Ər və arvad” və “Arşın mal alan” musiqili komediyaları nümayiş etdirilib, görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olub.

 

Avropa Musiqi Akademiyasının prezidenti Paolo Petrorelli, Estoniyanın tanınmış skripka ustası Mina Yarvi və İtaliyan pianoçu Mikele Kampanellanın iştirakı ilə “ustad dərsi” və “açıq dərs” təşkil olunub.

 

Görkəmli bəstəkarın 130 illiyinə həsr edilmiş elmi konfransda mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, bir sıra sənətşünas alimlər də iştirak ediblər.

 

Musiqi festivalına sentyabrın 28-də yekun vurulub. Bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında K. M. Veberin və L. V. Bethovenin əsərləri səslənib. Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin solisti rusiyalı pianoçu Andrey Şibko olub.

 

X X X

 

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Bu münasibətlə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.


2009-cu ildən başlayaraq Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı keçirilir. 



Paylas:

00.jpg
0.jpg
1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
07.jpg
08.jpg
09.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg
025.jpg
026.jpg
027.jpg
028.jpg
029.jpg
030.jpg
032.jpg
033.jpg
034.jpg
035.jpg
036.jpg
037.jpg
038.jpg