IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı

  • Layihə
  • Foto

2017-ci il aprelin 23-27-də Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilib.

 

M.Rostropoviçin 90 illiyinə həsr olunmuş festivala Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə start verilib. Konsertdə C.Verdi, P.Çaykovski, O.Respigi və X.Mirzəzadənin əsərləri səsləndirilib.

 

Festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər - Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella” və başqaları çıxış ediblər.



01.jpg
03.jpg
06.jpg
07.jpg
08.jpg
09.JPG