Kannda “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisi

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2014-cü il iyulun 10-da Kannın Festivallar və Konqreslər sarayında “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin açılışı olub.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks, Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monselin açılış mərasimində çıxış ediblər.

 

Bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin təşkilində məqsəd xaricdə Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etməkdir.

 

Sərgidə Azərbaycan rəssamlarının Fransaya həsr etdiyi rəsm əsərləri, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi, misgərlik nümunələri, milli geyimlər, milli musiqi alətləri, arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri təqdim olunub. Sərgidə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olan ayrıca bölmə yaradılıb. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycana aid nəşrləri təqdim olunub.

 

Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.

 

Sərgi iyulun 31-dək davam edib.

 


052.jpg
053.jpg
054.jpg
055.jpg
056.jpg
057.jpg
058.jpg
059.jpg
060.jpg
061.jpg
062.jpg
063.jpg
063_COV.jpg
064.jpg
065.jpg
066.jpg
067.jpg
068.jpg
069.jpg
070.jpg
071.jpg
072.jpg
073.jpg
074.jpg
075.jpg
076.jpg
077.jpg
078.jpg
079.jpg
080.jpg
081.jpg
082.jpg
083.jpg
084.jpg
085.jpg
086.jpg
087.jpg
088.jpg
089.jpg
090.jpg
091.jpg
092.jpg
093.jpg
094.jpg
095.jpg
096.jpg
097.jpg
098.jpg
099.jpg
100.jpg
101.jpg
102.jpg
103.jpg
104.jpg
105.jpg
106.jpg
108.jpg
109.jpg
110.jpg
110_1.jpg
110_2.jpg
111.jpg
111_1.jpg
111_2.jpg
112.jpg
113.jpg
114.jpg
115.jpg
116.jpg
117.jpg
118.jpg
119.jpg
120.jpg
121.jpg
122.jpg

“Euronews” kanalında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri haqda süjet yayımlanıb. Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı bildirilir. Azərbaycanın dostları cəmiyyətinin üzvü...