Nizami rayonunda 172 nömrəli körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçasındakı yeni korpus Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.

 

2015-ci il iyunun 1-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva istifadəyə verilmiş yeni korpusla tanış olub.

 

1971-ci ildən fəaliyyət göstərən bağça 2011-ci ildə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir olunub. 2014-cü ilin avqustunda Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı çərçivəsində bağçada əlavə korpusun inşasına başlanılıb.

 

İstifadəyə verilmiş yeni korpus ikimərtəbədən ibarətdir. Ümumi sahəsi 1152 kvadratmetrdir. Burada uşaqların rahatlığı, istirahəti və təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Yeni korpusda 4 qrupda 80 uşağa təlim-tərbiyə verilir. Ümumilikdə, bağçada 12 qrupda 230 uşaq vardır. 


4.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg