02.JPG
30 sentyabr 2011

Mehriban Əliyeva Berlindəki “Berlin-Baku-Galeri” sərgi salonunda və Azərbaycanın Almaniyadakı səfirliyində olub


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyaya səfəri çərçivəsində sentyabrın 30-da Berlindəki “Berlin-Baku-Galeri” sərgi salonunda olmuşdur.


Bakıdakı “Qız qalası” rəsm qalereyasının direktoru Emin Məmmədov  “Berlin-Baku-Galeri” sərgi salonunun fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verdi.

 

Azərbaycanın birinci xanımı “Berlin-Baku-Galeri” salonunun rəhbəri, tanınmış rəssam İbrahim Əhrari ilə görüşdü. 

 

Məlumat verildi ki, 2007-ci ildən fəaliyyət göstərən bu qalereya Bakıdakı “Qız qalası” rəsm qalereyasının Berlindəki filialıdır. İndiyədək burada 62 Azərbaycan, 46 alman rəssamının sərgisi keçirilmişdir. Açılışından bəri qalereyada 43 sərgi, bu ilin ötən dövründə isə 12 sərgi təşkil olunmuşdur. Hazırda qalereyada alman rəssamı İnqa Şmitin və Azərbaycan rəssamı Əli İbadullayevin rəsm əsərləri sərgilənir. Bu qalereya, həmçinin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

       

X X X

 

Sonra Mehriban xanım Əliyeva Azərbaycanın Almaniyadakı səfirliyinə gəldi.

 

Səfir Pərviz Şahbazov Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verdi. Qeyd olundu ki, səfirliyin yerləşdiyi binada əməkdaşların fəaliyyəti üçün bütün şərait yaradılmışdır.

 

Heydər Əliyev Fondunun prezidenti burada Azərbaycanın Əməkdar Rəssamı, Almaniyada yaşayan soydaşımız Əşrəf Heybətov ilə görüşdü. Rəssam Azərbaycanın birinci xanımının portretini və “Azərbaycan – Şərq dünyası” adlı qrafik əsərlərinin albomunu Mehriban xanım Əliyevaya təqdim etdi.

 

X X X

 

Birinci xanım Mehriban Əliyeva səfirlikdə Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Yeva Mariya Aux ilə görüşdü.

 

Yeva Mariya Aux 2010-cu ildə açılan kafedranın fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verdi.

 

Mehriban xanım Əliyeva Azərbaycan tarixini tədris edən kafedranın fəaliyyətinə dəstək verdiyini bildirdi və uğurlar arzuladı. 

 

X X X

 

Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları ilə görüşən Mehriban xanım Əliyeva onlara işlərində uğurlar arzuladı.

 

Sonda xatirə şəkli çəkdirildi.


FOTO