1.JPG
10 sentyabr 2016

Zərdabda körpələr evi-uşaq bağçası üçün yeni bina istifadəyə verilib

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı  çərçivəsində Zərdab şəhərində müasir arxitektura üslubunda inşa edilən 50 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

 

İstifadəyə verilən yeni binada nümunəvi şərait yaradılıb. Burada lazımi avadanlıqlarla təchiz edilən məşğələ və oyun, tibb, yataq, musiqi və gimnastika otaqları, habelə mətbəx və camaşırxana, digər xidməti otaqlar var. Metodiki və dərs vəsaitləri, zəruri avadanlıqlar, istilik və soyutma sistemləri ilə təchiz edilən körpələr evinin ətrafı da abadlaşdırılıb. Həyətə asfalt örtüyü vurulub, yaşıllıqlar salınıb, işıqlandırma sistemi və uşaq əyləncə qurğuları quraşdırılıb.


FOTO