16 noyabr 2017

Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Heydər Əliyev Fondu ilə “Caspian International Hospital” xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Əməkdaşlıq çərçivəsində “Caspian International Hospital” xəstəxanası ilə talassemiyalı xəstələrin Respublika Talassemiya Mərkəzində cərrahiyyə, reanimasiya və Mərkəzdə mümkün olmayan bir çox müayinə və müalicəsinin təmənnasız olaraq həyata keçirilməsi reallaşacaq.

 

Müqavilənin imzalanması Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə geniş spektrdə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün həyata keçirilən tədbirlər planının bir hissəsidir.    

 

Eyni zamanda Heydər Əliyev Fondunun müxtəlif şəxsləri müayinə və müalicə üçün xarici ölkələrə göndərməsi zamanı müvafiq klinikalarla əlaqə yaradılmasında, sənədlərin toplanmasında köməklik göstəriləcək. Müalicəsi “Caspian International Hospital” xəstəxanasında həyata keçirilən müraciətlərin  ödənişsiz və ya xüsusi güzəştlərlə təmin olunması da nəzərdə tutulub.