01_edit.JPG
3 mart 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncə uşaq evində olub

Prezident İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində martın 3-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Gəncə uşaq evində olmuşdur.

 

Burada uşaqlar Mehriban xanımı səmimiyyətlə qarşılayaraq, qarşıdan gələn 8 Mart qadınlar bayramı münasibətilə onu təbrik etdilər.

 

1997-ci ildən fəaliyyət göstərən Gəncə uşaq evi ötən il əsaslı təmir olunmuşdur. Hazırda burada 83 uşaq tərbiyə alır.

 

Mehriban xanım Əliyeva burada yaradılan şəraitlə tanış oldu, uşaqların qida rejimi ilə maraqlandı, kompyuter otağına baxdı. Bildirildi ki, buradakı 10 kompyuterin hamısı internetə qoşulmuşdur.

 

Azərbaycan Prezidentinin xanımı uşaq evinin “Banuçiçək” ansamblının hazırladığı konsert proqramına, ədəbi-bədii kompozisiyaya baxdı. “O olmasın, bu olsun” musiqili komediyasından fraqment xüsusilə xoş təsir bağışladı.

 

Heydər Əliyev Fondunun prezidenti uşaqlarla xatirə şəkli çəkdirdi.


FOTO

Paylaş: