001.jpg
9 aprel 2014

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb

Aprelin 9-da Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olublar.

 

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin həyata keçirdiyi layihələrdən söhbət açdı, Azərbaycanda müasir incəsənətlə bağlı tədbirlərin keçirilməsinin önəmini vurğuladı. O, Müasir İncəsənət Muzeyinin fəaliyyətinin, “Fly to Baku” sərgisinin, “YARAT” Müasir İncəsənət Məkanın həyata keçirdiyi layihələrin müasir incəsənətin təbliğində mühüm rola malik olduğunu söylədi.

 

Anar Ələkbərov Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihələrə göstərilən dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

 

Mərasimdə çıxış edən Toni Kreqq sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi. Kreqq sərgiyə dəvət aldığına görə şəxsən Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

 

Sonra sərgiyə baxış oldu.

 

Avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri nümayiş olunur.

 

Toni Kreqqin müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunub. O, 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.


FOTO

VİDEO