004.jpg
12 iyul 2014

Kannda Azərbaycan milli geyimlərinə həsr olunmuş moda nümayişi və Azərbaycan milli mətbəxinin təqdimatı keçirilib

İyulun 12-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr edilmiş “Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

Layihənin təqdimatı onun fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.

 

Sonra italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib.

 

Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilib, od və nar elementlərindən istifadə edilib.

 

Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.

 

Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kannda Azərbaycan milli mətbəxinin də təqdimatı olub.


FOTO

VİDEO