1405281883.JPG
13 iyul 2014

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin sabiq meri Bernar Broşan ilə görüşüb

İyulun 13-də Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin sabiq meri, Fransa Milli Assambleyasının deputatı Bernar Broşan ilə görüşüb.


Bernar Broşan Mehriban Əliyevanı növbəti dəfə Kannda görməyindən məmnun olduğunu bildirib. Bu il yenidən təşkil olunanAzərbaycan mədəniyyəti günlərinin əhəmiyyətini qeyd edən Bernar Broşan onun ötən ilki kimi yüksək səviyyədə keçdiyini vurğulayıb.


Deputat Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini təqdir etdiyini deyib, Fond tərəfindən Fransanın müxtəlif region və şəhərlərində keçirilən tədbirləri yüksək qiymətləndirib.


Mehriban Əliyeva isə Bernar Broşanın Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı ənənənin formalaşmasındakı rolunu yüksək qiymətləndirib.


Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


FOTO

VİDEO