14358504285303223286_750x500.jpg
2 iyul 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunda “Uşaq festivalı” şənliyi təşkil edilib

Yay mövsümünün başlaması ilə əlaqədar Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Uşaq festivalı” şənliyi təşkil edilib.

 

Şənlikdə Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, 9 nömrəli xüsusi internat məktəbinin, 6 nömrəli uşaq somatik sanatoriyasının və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin, eləcə də aztəminatlı ailələrin uşaqları iştirak ediblər.

 

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Heydər Əliyev Fondunun uşaqlara qayğısından söz açıb.

 

Şənlikdə uşaqlar cizgi filmi qəhrəmanlarının, klounların nömrələrini izləyiblər.

 

Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.


FOTO