5..JPG
31 iyul 2015

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı başa çatıb

İyulun 31-də Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub.


Konsertdə “Moskva Virtuozları” Kamera Orkestri çıxış edib. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya), festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (fortepiano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da çıxış edib.


Konsertdə V.A.Motsartın, F.Əmirovun, V.Mustafazadənin, A.Pyazzollanın, J.Arbanın əsərləri səsləndirilib. 


FOTO

VİDEO