002.jpg
26 noyabr 2015

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərginin açılışında iştirak edib

Noyabrın 26-da Heydər Əliyev Fondunun dəstəyilə Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət “Xəyallarla dolu qəlblər” adlı sərgi təşkil edilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.


Leyla Əliyeva və sərgi iştirakçıları Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakıdakı və regionlardakı uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri ilə tanış olublar.

 

Sərgi ilə tanışlıqdan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar barədə film nümayiş etdirilib. Balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

 

Tədbirin sonunda uşaqların əl işlərinin satışı təşkil edilib. On beş əsər yerindəcə satılıb. Toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. Dörd yüzədək əsərin nümayiş olunduğu “Xəyallarla dolu qəlblər” sərgisi iki gün davam edəcək.


Bu tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.


FOTO

VİDEO