001.JPG
27 aprel 2016

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva San Patrinyano Cəmiyyətinin qurucusu Letizia Moratti ilə görüşüb

Aprelin 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən San Patrinyano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Moratti ilə görüşüb.


Mehriban Əliyeva San Patrinyano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Morattini Forumda görməkdən şad olduğunu söyləyib, bu tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.


Görüşdə Heydər Əliyev Fondu ilə San Patrinyano Cəmiyyəti arasında əməkdaşlıq imkanları, o cümlədən tarixi abidələrin qorunması və bərpası, inklüziv cəmiyyətlərdə birgəyaşayış, sosial sahədə layihələr ilə bağlı məsələlər müzakirə olunub.


FOTO