1.jpg
7 may 2016

Qaxda 5 saylı körpələr evi-uşaq bağçası üçün tikilən bina istifadəyə verilib

Mayın 7-də Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Qax şəhərində 5 saylı körpələr evi-uşaq bağçası üçün tikilən 100 yerlik bina istifadəyə verilib.


Şəhərin 28 May küçəsində inşa edilən iki mərtəbəli binanın tikintisinə 2014-cü ildə başlanılıb. Binada 5 qrup otağı, həmçinin idman və musiqi zalları, yeməkxana, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada müasir istilik sistemi quraşdırılıb.



FOTO

VİDEO