03.JPG
1 iyun 2016

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nərimanov rayonundakı internat məktəbində uşaqlar üçün bayram tədbiri keçirilib

Bakının Nərimanov rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif uşaqlar iştirak ediblər.

 

Bayram tədbiri uşaq yaradıcılıq qruplarının maraqlı bədii kompozisiyaları və tanınmış sənətçilərin çıxışı ilə yadda qalıb.

 

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.


FOTO