24.JPG
3 iyul 2016

Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib

İyulun 3-də Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olmuş uşaqlar və daun sindromlu uşaqlar üçün növbəti dəfə əyləncə proqramı təşkil edib.

 

Uşaqlar üçün təşkil olunan şənlikdə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin 200-dək uşağı iştirak edib.

 

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alıblar, burada gözəl istirahət ediblər, əylənib oynayıblar.

 

Tədbirdə  uşaqlar, həmçinin birgə nahar ediblər, müxtəlif rəqslər, mahnılar ifa ediblər.

 

Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri verilib.


FOTO

VİDEO