1450969631361210964_1000x669.jpg
24 dekabr 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub

Dekabrın 24-də Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş edib. Fondun Bakının əyləncə mərkəzlərindən birində uşaqlar üçün təşkil etdiyi şənliyə balacalar xüsusi ayrılmış avtobuslarla gəliblər. Budəfəki şənliyə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən xüsusi qayğıya ehtiyacı olan 200-dək uşaq qatılıb.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak edib.

 

Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar şənlikdən xüsusi zövq alıblar, burada gözəl istirahət ediblər.

 

Uşaqların ən yaxın dostu olan və həmişə qayğılarına qalan Mehriban Əliyeva da onların əyləncəsinə qoşulub, müxtəlif oyunlarda qazandıqları qələbələri alqışlayıb, sevinclərini bölüşüb.

 

Tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

 

Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.


FOTO

VİDEO