Untitled-1.jpg
29 noyabr 2013

Fransa mətbuatı Parisdə təşkil olunmuş “Azərbaycan – tolerantlıq məkanı” foto sərgisindən yazır

Fransanın “purepeople.com” saytında Heydər Əliyev Fondunun təşəbbüsü ilə noyabrın 22-də Parisdə təşkil olunmuş “Azərbaycan – tolerantlıq məkanı” foto sərgisi haqqında məqalə dərc edilib.

 

Məqalədə bildirilir ki, tanınmış fotoqraf Reza Deqatinin Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş sərgisinin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın Frankafoniya üzrə naziri, Fransa Prezidentinin Frankofoniya üzrə xüsusi təmsilçisi Yamina Benqiqi, Parisin VII rayonunun meri Raşida Dati, ictimai və siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. “Tədbir fransız ictimaiyyətində böyük maraq doğurub”, - deyə yazıda qeyd olunur.


http://www.purepeople.com/article/yamina-benguigui-et-rachida-dati-chic-et-glamour-pour-celebrer-la-tolerance_a132272/1