1 may 2014

Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcək

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə mayın 7-dən 9-dək Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcək.

 

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin və “Qız qalası” incəsənət qalereyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq beynəlxalq festival İçərişəhərdə - Qız qalasının qarşısındakı meydanda təşkil olunacaq.

 

2010-cu ildən etibarən  keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim abidəsi, Bakının rəmzi olan Qız qalasının dünyada təbliği və tanıdılmasına töhfə verməkdir.