1.jpg
1 iyun 2017

Valideyn himayəsindən məhrum uşaqların IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyası təşkil edilib

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərindəki 3 saylı uşaq evində tərbiyə alan uşaqlar üçün IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya və tədbir təşkil olunub.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbir zamanı uşaqlar ev heyvanları və IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar, mərkəzdə saxlanılan it və pişiklərlə oynamaq imkanı əldə ediblər.

 

IDEA Heyvanlara Qayğı Mərkəzində təşkil edilən bu aksiya valideyn himayəsindən məhrum uşaqlar üçün əyləncə olmaqla yanaşı, həmçinin onlarda erkən yaşlardan heyvanlara rəğbət, qayğı hisslərinin aşılanmasına, humanist yanaşmanın formalaşmasına xidmət edir.

 

Aksiya zamanı şən klounların əyləndirdiyi uşaqlar üçün nahar təşkil olunub, Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.


FOTO

VİDEO