1405083183.JPG
11 iyul 2014

Kannda “Bakı - Avropa Oyunları - 2015”ə həsr olunan yürüş keçirilib

İyulun 11-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunan yürüş olub.

 

Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə onlarla şəhər sakini və turist qatılıb. Yürüşə qatılanlara üzərində “Bakı-2015 – ilk Avropa Oyunları” sözləri yazılmış idman formaları paylanılıb.

 

Kruazet bulvarı boyunca keçirilən yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

 

Yürüşün sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Onlara fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

 

Sonra yürüş iştirakçıları arasında lotereya oyunu keçirilib və Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibi müəyyənləşib.


FOTO

VİDEO