Əlibaba Məmmədov


2015-ci ildə Heydər Əliyev Fondu milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibəti ilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edib.


Alboma Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.

Paylaş: