Pir Həsən ziyarətgahı

  • Layihə
  • Foto


2005-ci ildə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında əsaslı təmir və bərpa işləri aparmışdır. Ziyarətgahdakı məqbərə yenidən inşa edilmiş, ibadətgah kompleksi milli, dini ornamentlərlə bəzədilmiş, memarlıq abidəsi olan və dövlət tərəfindən mühafizə edilən türbənin ətraf ərazisində abadlıq işləri aparılmış, park salınmışdır.


Burada Pir Həsənin və yeddinci İmam Müseyi Kazımın qızı Xədicə xanımın qəbirlərinin olduğu bildirilir. Fəlsəfəyə və din tarixinə dair bir çox kitabların müəllifi, ilahiyyat elminin görkəmli nümayəndəsi Axund Hacı Mirzə Əbu Turab Axundzadə, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və qızı Sara xanım da burada dəfn edilmişlər.


 

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg