Nizami rayonunda uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binası

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda yaşayış binası inşa olunub. 2013-cü il sentyabrın 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın açılış mərasimində iştirak edib.

 

Karkas tipli dəmir-beton konstruksiyalı binada 68 mənzil vardır. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilib. Binanın həyətyanı ərazisi yaşıllaşdırılıb, uşaq oyun meydançaları qurulub.



001.gif
002.gif
009.gif
010.gif
011.gif
012.gif