Hindistanın Qoa ştatında stadion

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindistanın Qoa ştatında stadion inşa edilib. 2013-cü ilin dekabrında “Aqnelo Ata” adlanan stadionun açılışı olub.

 

Qoada tədris mərkəzləri ştatın Pancim, Marqao, Mapusa və Vasko şəhərlərində yerləşir. Ətraf kəndlərdən şəhərlərə ictimai nəqliyyatın olmaması uşaqların hər gün məktəblərə gedib-gəlməsində çətinlik yaradır. Bu çətinliyi aradan qaldırmaq üçün “Pilar” Katolik Cəmiyyəti ətrafda 10 məktəb, 1 katolik kollec və kimsəsizlər evi tikdirib. Hazırda bu məktəblərdə minlərlə şagird təhsil alır. 



00.JPG
01.JPG