Moskvada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı

  • Layihə
  • Foto
  • Video


2015-ci il aprelin 10-da Moskvada Heydər  Əliyev Fondunun və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin birgə təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.


“Ukrayna” mehmanxanasının Konqres mərkəzində keçirilən tədbirə Rusiyanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar da qatılıblar.


Tədbir çərçivəsində “Bakı-2015”ə həsr olunmuş “Biz birlikdə” adlı sərgi təşkil olunub. Bürünc heykəllərdən ibarət sərgidə Azərbaycanın 20-dən çox heykəltəraşının əsərləri nümayiş etdirilib. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim olunub.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mərasimdə çıxış ediblər.


Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub.


Mərasim konsert proqramı ilə davam edib.



002.jpg
003.jpg
004.jpg
005.jpg
006.jpg
007.jpg
008.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg