Ucar şəhərində şahmat məktəbi

  • Layihə
  • Foto


Ucar şəhərində şahmat məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2011-ci il oktyabrın 30-da Prezident İlham Əliyev şahmat məktəbinin açılışında iştirak edib.

 

Şahmat kompozisiyası formasında tikilmiş məktəbin ümumi sahəsi 820 kvadratmetrdir. Binanın girişi piyada, ətrafı top fiqurları, mərkəzi hissəsi isə şah fiquru formasındadır.

 

Birmərtəbədən ibarət olan məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Oyunların canlı izlənilməsi üçün xüsusi monitor yerləşdirilib.

 

Məktəb müasir havalandırma sistemi ilə təchiz olunub, ətraf ərazidə yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. 



DSC_7060.JPG