Yeni ərəb ədəbiyyatının korifeyləri

  • Layihə


2006-cı ildə Heydər Əliyev Fondu ISESCO ilə əməkdaşlığı çərçivəsində görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabını ərəb dilində nəşr edib.


Monoqrafiyada daha çox üç sənətkarın – Mixail Nüaymənin, Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin yaradıcılığını tədqiqata cəlb edən alim müasir düşüncəli bu istedad sahiblərinin simasında ərəb ruhunun ölməzliyindən söhbət açmışdır.


Monoqrafiya ərəb mühacir ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.


Kitabxanaya keçid