Qara gözün aldı canım, aldı canım,
Qəlbimdədir arzu-kamım, arzu-kamım.
Gözəllərə naz yaraşır, naz yaraşır,
Vüsalına var gümanım, var gümanım.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Gəzdim Azərbaycanı,
Tapdım sənin kimi ceyranı.
Gəl mənə naz eyləmə,
Olum gözlərinin qurbanı.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Ətirli güllər üzərəm, üzərəm mən.
Tellərini mən bəzərəm, bəzərəm mən.
Sən elimin göyçəyisən, göyçəyisən.
Hər dərdinə mən dözərəm, dözərəmmən.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Gəzdim Azərbaycanı,
Tapdım sənin kimi ceyranı,
Gəl mənə naz eyləmə,
Olum gözlərinin qurbanı.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Gül, gözəl, bil, gözəl,
Sən mənim, mən sənin.
Sən mənİm,
mən sənİn
Mus.: T.Quliyev
Söz: Z.Cabbarzadə
Sənə də
qalmaz
Mus.: T.Quliyev
Söz: R.Rza
Könlüm sənin əsirin,
Qəlbim sənindir, yar, qəlbim sənindir.
İnsaf elə, xoş sözlə
Məni gəl dindir, yar, məni gəl dindir.
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.
Yalqızam, yalqız,
Yalqızam, yalqız!
Gəl məni möhnətə, oda
Salan vəfasız!
Yalqızam, yalqız,
Yalqızam, yalqız!
Gəl məni möhnətə, oda
Salan vəfasız!
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.
Dağlar başı dumandır,
Yenə dumandır, yar, yenə dumandır.
Ayrılığın ölümdən
Mənə yamandır, yar, mənə yamandır.
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.
16
03:41
04:17
15