Xəbərlər

Astara rayonunun Ağkörpü kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə ölkəmizdə təhsil və elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açılmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində rayonun bir sıra kəndlərində, o cümlədən Ağkörpüdə qısa müddətdə məktəb binası ...

Heydər Əliyev Fondu öz ənənəsinə sadiq qalaraq Ramazan bayramında da uşaq evlərində və internat məktəblərində tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olan uşaqları sevindirmişdir. Noyabrın 4-də Heydər Əliyev Fondunun nümayəndələri Bakının Əzizbəyov rayonunda yerləşən bir sıra internat evlərində və məktəblərində olmuşlar. Sonra uşaqlar üçün bayram süfrəsi açılmışdır...

Yardımlı rayonunun Burzunbul kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 200 yerlik yeni məktəb istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən kənd sakinləri məktəbin müəllim və şagirdlərini təbrik etmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə təhsilə, elmə dovlət qayğısı göstərilir, ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir...

Samux rayonunun Qarayeri qəsəbəsindəki 2 saylı orta məktəb yeni binaya köçmüşdür. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" proqramına uyğun olaraq inşa edilən 200 yerlik bu məktəb binası 14 sinif otağından ibarətdir. Məktəbin inventarları tamamilə dəyişdirilmiş, kompüter otağı yaradılmışdır...

0.jpg

Oktyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya "Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeninin təqdim edilməsi mərasimi olmuşdur. Mərasimi Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev açaraq dedi ki, bu gün respublikanın həyatında əlamətdar hadisədir - YUNESKO-nun xoşməramlı səfiri ...