Xeyriyyə tədbirləri və aksiyalar

İyunun 22-də Heydər Əliyev Fondu artıq ənənə halını almış "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində növbəti humanitar tədbir keçirmişdir. Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi giriş sözü ilə açaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamlarını, ən xoş arzularını yetirmiş, "Diabetli uşaqlara ən yüksək...

1_edit.jpg

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 9-da Musa Nağıyev adına təcili yardım xəstəxanasına gedərək, ötən gün metronun "Bakı Soveti" stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanlara baş çəkmişdir. Yaralananların hər biri ilə ayrılıqda hal-əhval tutan, vəziyyətləri, müalicələrinin gedişi ilə maraqlanan Fondun...

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Şamaxı rayonunda olmuşdur. Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 26-da Şamaxıya səfəri zamanı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şamaxı şəhərindəki orta...

Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı münasibətilə növbəti dəfə bir sıra internat evlərində və məktəblərində olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından uşaqlara hədiyyələr paylamışlar. Üzərində "Heydər Əliyev Fondundan" sözləri yazılmış xonçalar uşaqların bayram sevincini qat-qat artırmışdır...

Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı ərəfəsində - martın 19-da Təhsil Nazirliyinin Suraxanı rayonundakı 2 nömrəli, Xətai rayonundakı 3 nömrəli uşaq evlərində, Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində, Səhiyyə Nazirliyinin Nərimanov rayonundakı psixo-nevroloji uşaq dispanserində və əqli cəhətdən zəif inkişaf etmiş uşaqların "Dəcəllər" klubunda olmuş...