002.gif
2 may 2013

“Azərikimya” İstehsalat Birliyinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin (İB) əməkdaşları mayın 2-də Heydər Əliyev Fondunu ziyarət ediblər.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib, Heydər Əliyevin zəngin irsini öyrənərək təbliğ edən Fondun müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi bildirilib.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan kimyaçılar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO