iqtisad-universiteti-heyder-aliyev.jpg
3 may 2013

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllim və tələbə heyəti mayın 3-də Heydər Əliyev Fondunda olub.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan müəllim və tələbə heyəti görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər. Ulu öndərin təhsil aldığı dövrlərdə əldə etdiyi nailiyyətləri əks etdirən sənədlər müəllim və tələbələrdə böyük maraq doğurub.


Sonda Fondun qonaqları Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO

VİDEO

Paylaş: