01.jpg
24 yanvar 2006

Heydər Əliyev Fondunda “Qarabağ həqiqətləri” bukletlər toplusunun təqdimat mərasimi keçirilib

Yanvarın 24-də Heydər Əliyev Fondunda "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimi keçirilmişdir. Mərasimi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva açdı.


Xarici işlər nazirinin müavini Araz Əzimov, Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru professor Rövşən Mustafayev Heydər Əliyev Fondunun bu layihəsini yüksək qiymətləndirərək, təqdimatı keçirilən toplu barədə öz fikirlərini söylədilər, nəfis tərtibatlı, konkret faktlar, çoxsaylı fotoşəkillər verilmiş nəşrin Azərbaycan həqiqətlərinin dünyaya yayılması işinə sanballı töhfə olacağını vurğuladılar.


Sonra ekranda "Qarabağ həqiqətləri" toplusunun elektron variantı nümayiş etdirildi.


Mərasimdə iştirak edən xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinə, tanınmış elm və mədəniyyət xadimlərinə, Milli Məclisin deputatlarına toplunun nüsxələri paylandı.


FOTO