06.jpg
20 oktyabr 2018

Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib

Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondu və Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olub.

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, Kayseri vilayətinin rəhbəri Süleyman Kamçı, Azərbaycan, Türkiyə və Rusiya deputatları, Abdullah Gül Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV təmsilçiləri tədbirdə iştirak ediblər.

 

Əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

 

Abdullah Gül Vəqfinin sədri Mustafa Çıkrıkçıoğlu, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev, Dumanın məsul əməkdaşı Ramin Qasımov, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov və Türkiyənin 11-ci Prezidenti Abdullah Gül tədbirdə çıxış ediblər.

 

Mərasim keçirilən salonda ümummilli lider Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən kitablar və fotolar sərgilənib.

 

Heydər Əliyev adına tələbə yataqxanası 9 min kvadratmetr ərazini əhatə edir. Üç blokdan ibarət yataqxanada 375 tələbə yaşayacaq. Bu müasir yataqxanada tələbələrin rahat yaşayışı üçün hər cür şərait yaradılıb.


FOTO