Azərbaycan Beynəlxalq Memarlar İttifaqının konqresində

  • Layihə
  • Foto


Seulda Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbəti konqresi keçirilib. Memarlıq sahəsində ən böyük beynəlxalq tədbir hesab olunan konqresdə 124 ölkəni təmsil edən 10 mindən çox iştirakçı, o cümlədən memar, hökumət rəsmiləri, elm adamları, tələbələr iştirak edib. “Memarlıq olimpiadası” adlanan konqresin təşkilatçısı Beynəlxalq Memarlar İttifaqı, Seul bələdiyyəsi və Koreya Memarlar İnstitutları Federasiyasıdır.

 

Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə konqresdə geniş nümayəndə heyəti ilə iştirak edib.

 

2017-ci il sentyabrın 10-da Beynəlxalq Memarlar İttifaqının Baş Məclisi çərçivəsində Azərbaycana həsr olunan təqdimat keçirilib.

 

Azərbaycanın tarixi, təbiət gözəllikləri, mədəni irsi, tarixi və müasir memarlıq abidələrinə dair film nümayiş etdirilib.

 

Konqres çərçivəsində keçirilən sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı Şərq və Qərb memarlığının kəsişməsində” adlı geniş guşə və pavilyon fəaliyyət göstərib.

 

Pavilyon və guşədə Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, memarlığını, ədəbiyyatını, turizm imkanlarını təbliğ edən vəsaitlər, o cümlədən müxtəlif nəşrlər, xalça və milli geyim nümunələri, musiqi alətləri, Bakının tarixi və müasir memarlıq abidələrinin maketi, əl işləri, milli ornamentli suvenirlər nümayiş olunub. Bundan başqa ölkəmizə, onun tarixinə, görməli yerlərinə, müasir inkişafına, mədəniyyətinə, memarlığına, Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərə, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində keçirdiyi tədbirlərə, Azərbaycanın tolerant və multikultural dəyərlərinə aid videoçarxlar təqdim olunub.

 

Konqres çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı və Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən “Azərbaycan gecəsi” keçirilib. Gecədə Azərbaycanın tarixi və müasir memarlıq nümunələrini, Azərbaycanın təbiət gözəlliklərini əks etdirən fotosərgi təşkil olunub, habelə qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim edilib.

 

“Azərbaycan gecəsi”ndə “Mirvari” rəqs ansamblının üzvlərinin, tarzən Şəhriyar İmanov və onun qrupunun ifasında milli rəqslərimiz, Azərbaycan etno-caz musiqisindən ibarət konsert proqramı təqdim olunub. Azərbaycan musiqisinin valehedici təsirinə düşən qonaqlar rəqqaslarımızla birgə “Yallı” gediblər.

 

Rəsmi qəbulda Azərbaycan mətbəxinin təamları da təqdim olunub.



1.JPG
2.JPG
3.JPG
4.JPG
5.JPG
6.jpg
7.JPG
8.JPG
9.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG
19.JPG
20.JPG
21.JPG
22.JPG
23.JPG
24.JPG